Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Çempionlar Liqası: PSJ və “Barselona” növbəti mərhələyə vəsiqə qazanıblar

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 2 qarşılaşma baş tutub.

Almaniya “Bavariya”sı və İspaniya “Atletiko”sunun ardından İspaniya “Barselona”sı və Fransa “PSJ”si 1/4 finala vəsiqəni rəsmiləşdirib.

İngiltərədə 2 cavabsız qolla qalib gələn “Barselona” 1/4 finalın ikinci görüşündə də 2:1 hesabı ilə qələbə çalıb. İki oyunun nəticəsinə uyğun olaraq (4:1) “Barselona” növbəti mərhələyə adlayıb

Digər cütlükdə də sensasiya baş verməyib. “Bayer”i Almaniyada 0:4 hesabı ilə darmadağın edən PSJ ikinci görüşdə 2:1 hesabını rəsmiləşdirərək, iki oyunun nəticəsinə uyğun olaraq (6:1) 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/8 final mərhələsinə gələn həftə keçiriləcək 4 oyunla yekun vurulacaq.
1259 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP