Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Naməlum silahlılar Kiyevdə "Ukrbiznesbank"ı ələ keçiriblər

Bu gecə 20 nəfərə qədər naməlum silahlı Kiyevin mərkəzində yerləşən “Ukrbiznesbanka” basqın edib.

UNİAN agentliyinin verdiyi məlumata görə, hadisə yerinə milis qüvvələri və “Titan” xüsusi təyinatlıları cəlb edilib.

Güc strukturlarının nümayəndələri ətraf yolları bağlasalar da, hələ ki heç bir tədbir görmürlər.

Maydan özünümüdafiəsi və “Sağ sektor” hadisədə iştiraklarını inkar ediblər. Daxili işlər naziri Avakov və Təhlükəsizlik xidmətinin başçısı Nalivayçenko zənglərə cavab vermirlər.

Qeyd edilir ki, 2003-cü ildən etibarən “Ukrbiznesbank”-ın idarə heyətinin sədri, prezidenti və daha sonra müşaviri postunu sabiq baş nazirin müavini Sergey Arbuzov tutub./apa/
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR