Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Yataqxanada mina həyəcanı: 450 nəfər təxliyyə edildi

Gecə saatlarında naməlum şəxs tərəfindən yataqxanaya zəng edilərək binanın minalandığı xəbəri verilib
Moskvada gecə saatlarında yataqxanalardan birində mina olduğu xəbəri yayılıb.

Moskvanın cənub-qərbində Əmək və sosial işlər akademiyasının tələbə yataqxanasında mina həyəcanı yaşanıb.

Belə ki, gecə saatlarında naməlum şəxs tərəfindən yataqxanaya zəng edilərək binanın minalandığı xəbəri verilib.

Tələbə və işçi heyəti təşviş içində dərhal əməliyyat xidmətləri ilə əlaqə saxlayıblar.

Məlumatı əldə edən əməliyyatçılar yaşayış kompleksinə gələrək müəllim və tələbə daxil olmaqla 450 nəfəri təxliyyə ediblər.

Məlumatın kimin tərəfindən daxil olduğu araşdırılır./ans/
1008 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<