Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Venesuelada müxalifət tərəfindən keçirilən kütləvi aksiyalar zamanı daha 3 nəfər ölüb.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, beləliklə, son bir ay ərzində Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 300 nəfərədək insan xəsarət alıb.

Bununla əlaqədar Cənubi Amerika millətləri Birliyinə (UNASUR) daxil olan dövlətlərin xarici işlər nazirləri Venesuelada münaqişənin nizamlanması üzrə xüsusi komissiyanın yaradılması barədə razılığa gəliblər. Komissiyanın ilk iclasının aprelin əvvəlində baş tutacağı gözlənilir.
990 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber