Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Bəşər Əsədin yeni görüntüləri yayıldı (Foto, Video)

Suriya dövlət televiziyası Əsədin paytaxt Dəməşqdə yerləşən Ədra qaçqın düşərgəsinə ziyarətindən görüntülər yayımlayıb
Suriya prezidenti Bəşər Əsəd uzun müddət aradan sonra yenidən media qarşısına çıxıb. Suriya dövlət televiziyası Əsədin paytaxt Dəməşqdə yerləşən Ədra qaçqın düşərgəsini ziyarətindən görüntülər yayımlayıb.

Müharibədən əziyyət çəkən suriyalıların vəziyyəti ilə maraqlanan Əsəd bildirib ki, hökumət insanları doğma məskənlərindən qaçqın salan silahlılara qarşı mübarizəsini davam etdirəcək.

"Hökumət çirkin cinayətlər törədən terrorçulara və terrorizmə qarşı mübarizədən geri çəkilməyəcək".

Əsədin bölgəyə səfəri, hökumət qüvvələrinin şəhərin şimal şərq hissəsində terrorçulara qarşı hərbi əməliyyatları fonunda baş tutub.

Suriyada prezident seçkilərinə 4 ay qalmış ölkə parlamenti yeni namizədlərə dair qanun layihəsi hazırlamaq məqsədilə iclas keçirib.

İyulun 17-sində keçiriləcək növbəti seçkilərdə hazırkı iqtidar Baas partiyasının lideri Bəşər Əsədin yeddiillik hakimiyyət dönəmi sona çatacaq. Əsəd bir müddət əvvəl növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini verəcəyini bildirmişdi.




1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber