Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Rusiya Ukrayna sərhədinə 220 min əsgər, 1800 tank yerləşdirib

Ukraynanın müdafiə naziri İqor Tenyux bildirib ki, hazırda ölkənin şimal-şərq sərhədlərinə 220 min rusiyalı hərbçi, 1800 tank və 400 helikopter toplanıb.

Rusiya öz ordusunu Ukraynanın şərq sərhədi ilə yanaşı, şimal sərhədində də yerləşdirib. 

Bu informasiyanı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. Onun sözlərinə görə, artıq Rusiya ordusu 2 saata Kiyev şəhərinə yaxınlaşa bilər. 

Andrey Parubiy bildirib ki, Rusiya ordusu Ukrayna ilə sərhədə həmçinin 140 hərbi təyyarə və 20-dən cox hərbi gəmi yerləşdirib. “Rəsmi Moskva 5 gün öncə bəyan etmişdi ki, bütün bunlar hərbi təlim keçmək üçün həyata keçirilir. Hərbi təlimlər sona çatıb, Rusiya ordusu isə hələ də öz yerindədir. Bu hadisə ilə bağlı sabah Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Ali Radaya daxili qoşunlar və Milli Qvardiya yaradılması haqda qanun layihəsi təqdim edəcək. Yeni yaradılacaq ordu birləşmələrinin tərkibində isə könüllülər cəlb ediləcək”, - deyə Andrey Parubiy bildirib.

1120 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:39
“Rusi