Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“Boğmaq istədiyin adam...”

REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli “Facebook” səhifəsində bu gün Metopoliten İdarəsi qarşısında sahibkarların keçirdiyi etiraz aksiyası zamanı polislərin etirazçılara görünməmiş zorakılıq tətbiq etməsini əks etdirən fotolardan birinə dair şərh yazıb.

 

Ey polis qardaşım, aydındır ki, sənə əmr verirlər, başa düşüləndir ki, sən əmr qulusan, evinə bir parça çörək aparmaq üçün işləyirsən, bilirəm ki, sənin bu hakimiyyətlə heç bir ideoloji, mənəvi bağlantın yoxdur (səbəbi: hakimiyyətin nə ideologiyası var, nə də ki, mənəviyyatı), anlamadığım sənin belə aqressiv olmağındır. Boğmaq istədiyin adam metroda öz iş yerini qorumaq istəyən, bir parça çörəyi üçün etiraz edən səndən biridir. Bəli, bəli, səndən biridir, sənə əmr verənlərdən, xalqı soyanlardan biri deyil. Vaxt gələndə BERKUT kimi diz çöküb üzr istəməkdənsə, indi adam ol, vəzifəni yerinə yetir, amma, şərəflə, qanunla, boğmaqla deyil. Anladın, mənim polis qardaşım?!/deyerler/

1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25