Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“Elə bu, ona Allahın cəzasıdır”

Sücəddin Şərifov: “Tağı Əhmədovun qəzetə vurduğu ziyanın acısını hələ də çəkirik”
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini məhkəməyə vermişdi. Məhkəmə Tağı Əhmədovun iddiasını təmin edərək qəzetin 30 min manat cərimələnməsi haqqında qərar çıxarmışdı. Tağı Əhmədovla razılaşmaya əsasən qətnamə ilə tələb olunan məbləğin hissə-hissə ödənilməsi qərara alınmışdı. Hətta bu barədə məhkəmə qərarı da var idi.

Diqqətinizə çatdırmaq istəyirik ki, Tağı Əhmədov 2013-cü il mayın 6-da bununla bağlı “Media forum” saytının sualını cavablandırarkən deyib ki, o, cərimənin ödənilməsindən imtina etmək niyyətində deyil. Saytın “Qəzetlə bağlı hansı güzəştli addımı ata bilərsiniz” sualına Bakı Metropoliteninin rəisi belə cavab verib: “Mən o addımı atmışam. Getsinlər cəriməni 10 ilə ödəsinlər. Aya 300-400 manat düşür”.

Lakin sonradan bəlli oldu ki, T.Əhmədovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsi ötən il oktyabrın ayının 25-də “Azadlıq” qəzetinin metropoliten rəisinin iddiası üzrə çıxarılmış qətnamədə tələb olunan məbləğin dərhal ödənməsi barədə qərar çıxarıb. Beləliklə də Tağı Əhmədovla “Azadlıq” arasındakı cərimənin hissə-hissə ödənilməsi barədə razılaşma ləğv edilib.

T.Əhmədovun vəzifədən getməsi ilə sözügedən mövzu yenidən aktuallıq qazandı. “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu kadr dəyişikliyinin cərimə məsələsinə heç bir aidiyyəti yoxdur. Müsahibimizin sözlərinə görə, artıq Ali Məhkəmə səviyyəsində qərar verilib və cərimə ödənilib: “30 min manat 4 ay boyunca hissə-hissə ödənildi. Əslində daha öncədən cərimənin 10 il müddətinə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdu. Amma sonradan qəzetdən xəbərsiz bir məhkəmə təşkil olundu və daha öncəki qərarı ləğv edib cəriməni birdəfəlik ödəməyə qərar verdilər. Son nəticədə 30 min manatdan da artıq pul ödənildi. Əlavə olaraq icradan da müəyyən məbləğ alındı”.

Müsahibimiz dedi ki, adətən belə qərarlar yüksək səviyyədə verilir. “Bizimçün fərqi yoxdur ki, vəzifədə konkret kim oturub” deyən S.Şərifovun sözlərinə görə, hər zaman T.Əhmədovu bu hökumətin nümayəndəsi hesab ediblər. O ki qaldı onun bu vəzifədən çıxarılmasına, redaktorun cavabı özünəməxsus oldu: “Onun vurduğu ziyanın acısını əməkdaşlar da, redaktor korpusu da çəkir və çəkməyə davam edir. Yıxılana balta vurmazlar. Amma elə bu, ona Allahın cəzasıdır”./musavat/
1422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber