Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Paytaxtda bomba həyəcanı

Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda parkda partlayıcı qurğunun qoyulması ilə bağlı məlumat yayıb.

İnterAz-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyatı qurumlar məlumatlandırılıb.

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparıblar. Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib.
1382 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18