Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Qəddafinin iqamətgahı milli parka çevriləcək

Liviyada Müəmmar Qəddafinin üsyançılar tərəfindən öldürülməsinin 2-ci ildönümündə hökumət onun bir vaxtlar paytaxt Tripolidə yaşadığı iqamətgahı mili parka çevirməyə qərar verib.

Ölkənin turizm naziri İkram Baş İmam mili parkın yerləşəcəyi Bab əl-Əziziyə rayonunun çox əlverişli olduğunu deyir. "55 hektara yaxın ərazisiolan Bab əl-Əziziyə Tripolidə mili parklardan biri olacaq. İşə başlamazdan əvvəl bir sıra razılaşmalar əldə edilib. Keçmişdə ərazinin böyük hissəsi park idi, lakin sonradan oradakı ağaclar kəsilmişdi. Biz ərazini əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Onun Tripolinin mərkəzində yerləşməsi xüsusilə əlverişlidir, şəhərimizin sakinləri və qonaqları bu yaşıl parkdan zövq alacaqlar", - deyə İkram Baş İmam bildirib.

Qəddafinin 40-illik hakimiyyətinin simvoluna çevrilmiş iqamətgaha 2011-ci ildə NATO aviazərbələri zamanı ciddi ziyan dəyib. İqamətgahın ətrafı da əsl xarabalığa çevrilib. "Bab əl-Əziziyə xarabalıqlarında böyük miqdarda parlayıcılar var, yerə basdırılmış raket və radiaktiv maddələr aşkar edilib. Bir qrup hərbi mütəxəssis hazırda yoxlama və təmizləmə işləri aparır. Bu ərazinin yaxınlığında insanların yaşamasını və parkın salınmasını təmin etmək üçün vəsait ayırmağa qərar vermişik" - Liviyanın baş naziri Əli Zeydan belə deyib.

Bab əl-Əziziyə rayonunun öz evlərindən didərgin düşmüş sakinləri isə tezliklə evlərinə qayıtmaq istəyirlər. Bəzi evlərdə isə Liviyada vətəndaş müharibəsi zamanı evlərini itirən Tripoli sakinləri məskunlaşıb.

40 ilə yaxın Liviyanı idarə etmiş Müəmmar Qəddafi 2011-ci ilin 19 oktyabrında üsyançılar tərəfindən ələ keçirilərək, amansızcasına öldürülmüşdü./ans
1774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 07:48