Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Bakıda silahlı insident: ata oğluna atəş açdı

Bakı şəhərinin Nəsimi rayonu ərazisində silahlı insident baş verib.

Mərdanov qardaşları 73 ünvanında 1969-cu il təvəllüdlü Səmədov Namiq Mikayıl oğlu odlu silahla oğlu, 1991-ci il təvəllüdlü Səmədov Mahmuda atəş açıb.

Bildirilir ki, hadisə ailə-məişət münasibətləri zəminində baş verib. Ata sözünə baxmayan oğluna əsəbiləşib və evdəki tüfənglə onu vurmaq istəyib. Atasının özündən çıxdığını görən M.Səmədov qaçıb və xoşbəxtlikdən atasının açdığı atəş ondan yan keçib. Güllə evin qapısına dəyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırmalar aparılır./lentaz/
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
Go to TOP