Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Qarabağda əsir düşən 25 nəfərdən xəbər var

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2013-cü il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 25 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

Həmin şəxslərdən 1 nəfərin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 19 nəfərin isə siyahılardan təkrar keçdiyi müəyyən edilib.

Qeyd edək ki, 1 mart 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4014 nəfər təşkil edib. Onlardan 3254 nəfər hərbçi, 758 nəfər mülki şəxsdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil./Trend/
1295 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber