Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Britaniya komandosunun Azərbaycanda məxfi əməliyyatı üzə çıxdı

Böyük Britaniyanın SAS xüsusi təyinatlı komandos qüvvələrinin Azərbaycanda həyata keçirdiyi məxfi təlim proqramı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu sensasion sənədi “The Sunday Times” qəzeti əldə edib.

Həmin sənəddən məlum olur ki, Britaniyanın Xarici İşlər Nazirliyi və İttifaq işləri üzrə Nazirliyinin ayırdığı vəsait hesabına SAS komandosları keçmiş sovet respublikasında xüsusi təyinatlı qüvvələrə təlim keçib. Bu təlim Azərbaycan və Böyük Britaniya ictimaiyyətlərindən gizli saxlanılıb.

Sənədə əsasən Britaniyanın elit xüsusi təyinatlı qüvvələri Azərbaycanın xüsusi təyinatlı qüvvələrinə snayper təlimi və şərti olaraq “terrorçular tərəfindən ələ keçirilmiş” binaya hücum təlimi keçib. Təlim proqramı 6 həftə davam edib və Azərbaycanda keçirilib. SAS komandosları Azərbaycan xüsusi təyinatlılarına təlim keçmək üçün mülki təlimatçılar adı altında ölkəyə daxil olub.

Sənəddən məlum olur ki, təlim proqramı “Operation Lanark” kod adı altında 2006-cı ildə həyata keçirilib. Məqsəd Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin “döyüş qabiliyyətini artırmaq” olub. Bu təlim proqramına dair sənəd SAS komandos qüvvələri tərəfindən 2005-ci ildə hazırlanıb.

Qəzetin bu sənədi hansı mənbədən əldə etdiyi açıqlanmır. Virtualaz.org sənədin tam mətinini Britaniya mediasından əldəe dib yaymağa çalışacaq. “The Sunday Times” bildirir ki, Qərb hökumətləri neft və qazla zəngin Azərbaycanda prezident İlham Əliyevin hakimiyyətinə çoxdan dəstək verir. Lakin insan haqları qrupları Azərbaycanda müxalifətin sıxışdırılmasından, onlarla fəalların şübhəli ittihamlarla həbsə attılmasından bəhs edir.

Britaniya mediasının bu məxfi hərbi proqram barədə sənədi məhz indi, Azərbaycandakı prezident seçkilərinin ardınca açıqlaması analitiklərə görə rəsmi Bakıya Qərbdən edilən təzyiqlərin bir hissəsi kimi qarşılanmalıdır.
1890 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25
Renzinin istefa