Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Metro ticarətçilərinə martın 27-dək vaxt verilib

“Metro stansiyalarında ticarət köşklərinin həddindən artıq artması səliqəsizlik və natəmizlik yaranıb”. Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə deyib.

Onun sözlərinə görə, məqsəd sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etməkdir.

“Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz”.

Fuad Tağızadə deyib ki, ticarət köşklərinin yığışdırılması mərhələli şəkildə həyata keçiriləcək.

“Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik”.

Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.
1064 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber