Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“Bavariya”nın prezidenti həbs olundu

Almaniya məhkəməsi “Bavariya”nın prezidenti Uli Hönnesin həbs olunması ilə bağlı qərar çıxarıb. Münhen klubunun prezidenti 3 il 6ay müddətinə həbs cəzasına məruz qalıb.

Hönnes külli miqdarda vəsiti vergidən yayındırmaqda ittiham olunub. Əvvəlcə bu məbləğ 3,6 milyon avro göstərilsə də məhkəmənin gedişində vergidən gizlədilən məbləğin bundan 15 milyon avro çox olduğu üzə çıxıb.

Qeyd edək ki, ittiham tərəfi klub prezidentinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi./publika/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP