Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Ayətullah Xamenei 1241 məhbusu əfv etdi

Ali Dini Lider Ayətullah Əli Xamenei Qurban və Qədir-Xum bayramı münasibətilə həbsdə olan 1241 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1241 məhbusun əfv edilməsi xahiş olunur. Ali Dini Lider həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Qeyd edək ki, oktyabrın 24-də Qədir-Xum bayramı qeyd olunur.
1800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56