Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“Corc Buş” Krıma kömək əvəzinə yeyib-içib qayıtdı

ABŞ donanmasının nəhəng “Corc Buş” təyyarədaşıyan gəmisi Türkiyənin Antalya limanını tərk edərək naməlum istiqamətə yola düşüb.

Virtualaz.org saytı ABŞ Hərbi-Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verir ki, təyyarədaşıyan gəmi üç gün ərzində Antalya limanında lövbər salıb. Gəminin heyət üzvləri Türkiyə mədəniyyəti və tarixi yerləri ilə tanış olmaq imkanı qazanıblar.

“Heyət üzvləri bildiriblər ki, ölkə gözəldir, insanları xeyirxahdır. Gəminin göyərtəsində ziyafət və qəbullar təşkil edilib, Türkiyə hərbçiləri, məmurları və sahibkarları ilə görüş olub” - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, “Corc Buş” təyyarədaşıyan gəmisinin Krımın Rusiya tərəfindən işğalı ilə bağlı Ukraynaya kömək üçün Qara dənizə doğru üzdüyü açıqlanmışdı. Lakin gəmi Qara dənizə daxil olmayıb və Aralıq dənizi akvatoriyasında qalıb.

Təyyarədaşıyan gəminin sonrakı kursu məlum olmasa da o, hazırda Aralıq dənizində, ABŞ-ın 6-cı donanmasının məsuliyyət zonasındadır. “Corc Buşu” müşayiət edən zərbə qruplaşmasının tərkibindən yalnız “Trakstan” esminetsi Qara dənizə daxil olub və hazırda Rumıniya sahillərindədir.

“Corc Buş” martın 3-də 17 gəminin müşayiəti ilə Egey dənizinə daxil olmuşdu. Gəminin göyərtəsində 100-ə yaxın təyyarə, nüvə raketləri üçün 24 şaxta, onlarla vertolyot və minlərlə hərbçi var. Hərbi gəmi qruplaşması fevral ayında ABŞ donanmasının Atlantikadakı bazasından yola çıxmışdı. Gəmi Aralıq dənizindən keçərək Fars körfəzi sularına daxil olmalı idi. Məqsəd Fars körfəzində növbə çəkən “Harry Truman” təyyarədaşıyan qruplaşmasını əvəz etməkdir.
1334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...