Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Metro ticarətçilərinin aksiyasında saxlanılan gənc döyüldü

Dünən “Elmlər Akademiyası” stansiyasında keçirilən aksiyada iştirak edən metro ticarətçilərindən 6 nəfər saxlanılmışdı.

Saxlanılanların sözlərinə görə, onlar dünən 28-ci polis bölməsinə götürülərək, izahat yazıb və cərimə ödədikdən sonra sərbəst buraxılıblar.

Lakin saxlanılanlar arasında bəxti daha az gətirən də var. Bizimyol.info-ya açıqlama verən və adının açıqlanmasını istəməyən gənc bildirib ki, onu qəddarlıqla döyüblər: "Məni bölməyə apara bilmədilər. Əllərindən qaçdım, amma məni qəddarcasına döydülər"

Xatırladaq ki, metropoliten rəhbərliyi metroda ticarətlə məşğul olan obyektlərin sökülməsinə qərar verib. Buna etiraz edən sahibkarlar və satıcılar isə aksiya keçirmişdilər.
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber