Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Sionist İsrail rejimi Qəzzada yeddi məntəqəni vurub

İsrail işğalçı qüvvələrinindən verilən yazılı bildirişdə Qəzzada 7 məntəqənin qısa zaman ərzində İsrail sionist rejimi hava qüvvələri tərəfindən vurulduğu bildirilib.

Açıqlamada eyni zamanda dünən gecədən bəri Qəzzadan atılan raket sayının 65 olduğu da iddia olunub, - "dunyabulteni".

Bu arada Qəzza Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf əl- Kudra Qəzza-Misir tunelinə vurulan avia-zərbələr zamanı 1- i ağır olmaqla 3 nəfərin yaralandığını da bildirib.

2012-ci ildən bəri İsrail rejiminin ən kütləvi raket atəşindən sonra, Qəzza cavab atəşi ilə qarşı tərəfi susdurub.

Xatırladaq ki, mart ayının 12-si İsrail rejiminin bombardmanı nəticəsində Qəzzaya 42 raket düşüb. Düşən raketlərin əksəriyyəti dinc əhalinin yaşadığı məntəqələrə düşüb. İsrail rejiminin avia zərbələrindən sonra Qəzza cavab atəşi açaraq qarşı tərəfi susdurub. Cavab atəşi nəticəsində Aşdod və Aşkelon şəhərlərində hava həyəcanı sirenası işə salınıb./deyerler/
1332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:18