Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Suriyada silahlılar 94 ələvi qadın və azyaşlının azadlığı üçün şərt irəli sürüb

Suriya müxalifətinə mənsub silahlı qruplaşmalar məhbusların dəyişdirilməsi üçün lazımi təzminatları verən beynəlxalq vasitələrin də olduğunu bildiriblər

Suriya müxalifət qruplaşmaları hakimiyyətə həbsxanalarındakı məhbusların azadlığı üçün yeni taktikalara əl atıblar.

İnterAz-ın əl-Cəzirə-yə istinadla verdiyi xəbərə görə, Suriyanın bir sıra müxalifət qruplaşmaları son yeddi ayda Laziqiyyə əyalətində oğurladıqları 94 vətəndaşın azad edilməsi üçün, hakimiyyət həbsxanalarındakı 2 min məhbusun azad edilməsini tələb ediblər.

Suriya müxalifətinə mənsub silahlı qruplaşmalar məhbusların dəyişdirilməsi üçün lazımi təzminatları verən beynəlxalq vasitələrin də olduğunu bildiriblər.

Bildirək ki, əl-Cəzirə telekanalı bu gün ələvi tayfasında mənsub olan sözügedən 94 qadın və azyaşlının videogörüntülərini yayımlayıb. Bundan öncə də əl-Nusra cəbhəsi əl-Məlula şəhərindən 19 qadın keşişi oğurlamaqla 150 müxalifətçinin azad edilməsinə nail olıub.
1141 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08