Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

“FİFA prezidenti oğrudur”

Bu ilin yayında Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlı qalmaqallar səngimək bilmir.

Braziliyalı əfsanəvi futbolçu Romario FİFA-ya prezidenti Zepp Blatter və baş katibi Cerom Valkeyə qarşı sərt ittihamlarla çıxış edib.

Dünya Çempionatı ilə bağlı səsləndirilən tənqidlərə əsəbləşən Romario, “Bu şəxs (Valke) Braziliyada keçiriləcək Dünya Çempionatının FİFA tarixində ən pis turnir olacağını söyləyirdi. O, idman dünyasındakı ən saxtakar adamlardan biridir” deyib.

Əfsanəvi futbolçu FİFA prezidenti Zepp Blatter haqqında isə olduqca ağır ittihamlar səsləndirib: “Valke qovuldu və sonra FİFA prezidentini şantaj etdi. FİFA prezidenti də oğrudur. Bu iki nəfər Dünya Çempionatından sonra varlanacaq. Bunlarla yanaşı bizim hökumət, prezident və katiblər də varlanacaq”.

Qeyd edək ki, Romario Dünya Çempionatı ilə bağlı FİFA-da rüşvət qalmaqalları baş verdiyini iddia edir.
1429 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber