Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual: Əgər kişi öz arvadının həyatını çətinləşdirib gününü qara edirsə və talaq verməyə də razı olmursa, hansı şəraitdə qazı bu qadının talağını verə bilər?
Ad: Metanet, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Onların arasındakı mübahisə həddindən artıq çətin və dözülməz məşəqqətə səbəb olana qədər böyüsə və ər şəxsən talaq verməkdən boyun qaçırsa bu halda talaq vermək şəriət hakimi (yaxud onun səlahiyyətli nümayəndəsi) üçün icazəlidir və şəriət hakiminin verdiyi talaq ricidir. Lakin (talaq fikrindən) qayıdandan sonra yenə də bir-birləri ilə yola getməsələr, yenidən talaq verəcəkdir. Belə ki, bu talaq üçüncü dəfə veriləndə “bain” talağına çevriləcəkdir.
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...