Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

İran parlamentinin sədri BMT-nin baş katibini sərt tənqid edib

İran parlamentinin sədri BMT-nin baş katibini sərt tənqid edib. İRİB-in verdiyi məlumata görə, Əli Laricani bildirib ki, Pan Gi Munun belə bir hesabat təqdim etməsi gözlənilmirdi: “Bu hesabat İsrailin kəşfiyyat orqanı MOSSAD və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) diktəsi ilə hazırlanıb. Artıq BMT dünyada lazımsız bir təşkilata çevrilib. Əgər beynəlxalq aləmdə bir az həya olsaydı, dünya problemlərini həll etməli olan BMT siyasi baxımdan tənəzzülə uğramazdı. Əslində BMT dünyada sülhün qurucusu olmalı idi. Amma bu təşkilat ötən bir neçə il ərzində və regionda baş vermiş müharibələrlə bağlı heç bir addım atmayıb”.

Spiker deyib ki, Qərb İranın nüvə məsələsi ilə bağlı hansısa bir nəticəyə gəlib: “Ona görə də İranın raket texnologiyasını bəhanə etdi. Ancaq heç bir nəticə əldə edə bilmədiyindən insan haqlarını ortaya ataraq İranın heysiyyatı ilə oynamaq istəyir. Belə ki, edamların artması kimi yersiz şikayətlər qaldırırlar. Halbuki onlara demişik ki, NATO-nun Əfqanıstanda yerləşdiyi zamandan bəri bu ölkədə narkotik maddələr istehsalı artıb və hətta hava limanlarından narkotik maddələr tranzit edilir. Onlar İranın narkotik maddələrin qaçaqmalçılarını dar ağacından asmasına etiraz etməli deyil, bu məsələyə cavabdeh olmalıdırlar. İran narkotik maddələrlə mübarizədə hər il yüzlərlə şəhid verir və asanlıqla narkotik maddələrin Avropaya daxil olması sərhədini aça bilər. Lakin biz həm şəhid verməli, həm də təhqirə məruz qalmalıyıq! Əgər insan haqlarından danışırlarsa, amerikalıların Quantanamo və Əbu-Qureyb həbsxanalarındakı işlərini araşdırmalıdırlar”.
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber