Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Donetskdə baş verən toqquşmada 2 nəfər ölüb, 50 nəfər yaralanıb

Ukraynanın Donetsk şəhərində “avromaydan” tərəfdarları ilə rusiyapərəst fəallar arasında baş vermiş kütləvi dava zamanı 2 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“UNİAN”nın verdiyi xəbərə görə, bu barədə “Avromaydan”ın Feysbukdakı səhifəsində bildirilir.

“İki nəfərin ölümü təsdiqlənib. Daha bir nəfərin ölü və diri olması məlum deyil. Bir nəfərin isə vəziyyəti ağırdır, onun üzərində əməliyyat aparılır. Daha 2 nəfərin vəziyyəti kritikdir. Xəsarət alanların sayı 50-dən çoxdur”, deyə açıqlamada bildirilir.

Qeyd edək ki, “avromaydan” tərəfdarları ilə rusiyapərəst fəallar arasında baş vermiş toqquşmalarda ölənlərdən birinin “Azadlıq” hərəkatının Donetsk təşkilatının fəalı Dmitri Çernyavski olduğu müəyyənləşdirilib.
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber