Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

"Əsl cinayətkarlar da cəzalarını alacaqlar"

Əliyevlərin dövründəki repressiyaları araşdırmaq üçün böyük bir komissiya yaradılmalıdır

AXCP sədri Əli Kərimli Facebook səhifəsində Azərbaycada höküm sürən avtoritar hakimiyyətin zorakılığı haqqqında fikirlərini bölüşüb. AXCP sədrinin yazdıqlarını təqdim edirik:

"Zorun, pulun, yalanın üzərində qurulmuş bütün avtoritar rejimlər, o cümlədən Azərbaycandakı avtoritar rejim bir gün məğlub olacaq. Vətəndaşlarımız ədalətli qərarlar üçün yalnız Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını gözləməli olmayacaqlar. Bizim öz məhkəmələrimiz də ədalətli qərarlar verə biləcək. Ölkəmizdə ədalət bərqərar olacaq.

O zaman gərək Əliyevlərin dövründə həyata keçirilmiş repressiyaları araşdırmaq üçün böyük bir komissiya yaradaq. Bu komissiya bir tərəfdən repressiyaların qurbanı olmuş vətəndaşlarımızın gec də olsa, hüquqlarını təmin etməlidir. Qanunsuz həbs olunanlar bəraət, həbsdə saxlandığı müddətə görə yüksək məbləğdə kompensasiya almalıdırlar. Əmlakı əlindən zorla alınanlara ya əmlakı (durursa) qaytarılmalı, ya da bazar qiymətlərinə uyğun tam təzminat ödənilməlidir. İşdən qanunsuz çıxarılanlar işlərinə bərpa olunmalı və işsiz qaldığı illərə görə kompensasiya almalıdırlar. İşgəncəyə məruz qalmışlar düçar olduqları mənəvi və fiziki məhrumiyyətlərə görə yüksək miqdarda kompensasiya almalıdırlar.

Digər tərəfdən isə rejimin zorakılığından, xalqımızın hüquqsuz vəziyyətindən sui-istifadə edərək gənclərimizə işgəncə vermiş, onları qanunsuz olaraq həbs etmiş, azadlıqdan məhrum etmiş cinayətkarlar da bir az gec olsa da, cəzalarını almalıdırlar. Ədalət təkcə o deyil ki, cinayət törətməmiş şəxslər cəzalanmasın, həm də odur ki, cinayət törətmiş heç bir şəxs layiqli cəzadan yayına bilməsin"./azadlıq/
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber