Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Tağı Əhmədov həbs oluna bilər

Metro köşkləri ilə bağlı qalmaqal sabiq rəisin yalanlarının üstünü açıb

“Metro stansiyalarında ticarət köşklərinin həddindən artıq artması səliqəsizlik və natəmizlik yaranıb”. Bunu apa-ya “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə deyib. Onun sözlərinə görə, məqsəd sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etməkdir:
“Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz”.
Fuad Tağızadə deyib ki, ticarət köşklərinin yığışdırılması mərhələli şəkildə həyata keçiriləcək. “Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik”.
Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.
Bu qərarla razılaşmayan metro ticarətçiləri “Elmlər Akademiyası” qarşısnda iki dəfə aksiyaya cəhd ediblər.
Ticarətçilər həmin köşklər üçün metronun əvvəlki rəhbərliyinə külli miqdarda vəsait verdiklərini deyirlər.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov 2010-cu ildə AzadlıqRadiosunun “Işdən sonra” verilişinin qonağı olarkən metrodakı ticarətdən ayda 70 min manat vəsait əldə olduğunu bildirmişdi. “O, pulların hamısı dövlətə gəlir. Onların hamısında iki minə yaxın adam işləyir. Hər ailədə beş adamın olduğunu nəzərə alsaq bu, Bakıda 10 min adamın özünə iş yeri tapması deməkdir və ordan qazanılan pul metropolitenə gəlir. Bu gün Bakı Metropolitenindən istifadə edənlərin sayı gündə 1.1 milyon nəfər olarsa, artıq biz bu ticarət köşklərini də aradan çıxararıq. Artıq ”Içəri Şəhər", “Sahil” stansiyalarında dükan yoxdur. Yavaş-yavaş da yığışdırılacaq. Amma gəlin görək, bu 10 min adamı ac qoymaq yaxşıdır, ya pis?!
Ayda 70 min manat vəsait köçürülür. Bunun da hamısı metroya sərf olunur. Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyir, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir", - deyə Tağı Əhmədov vurğulamışdı.
Sabiq rəis həmçinin bildirmişdi ki, həmin pullardan vergi ödənilmir: “Heç bir manat da ödənmir”. Tağı Əhmədovun sözlərinə görə, icarə haqqınını məbləğini də açıqlamışdı:
“Bir kvadrat metri 100 manatdan artıq heç yerdə yoxdur. Ən bahası 100 manatdır”.
Lakin indi məlum olur ki, icarədarlar metro rəhbərliyinə köşk almaq üçün verdikləri pullardan əlavə, aylıq da ən azı 600 manat yer haqqı ödəyirmiş. Yeri gəlmişkən, bir neçə ilə əvvəl azadməkan.org saytı metrodakı köşklərlə araşdırma aparmışdı. Araşdırma nəticəsində bəlli olmuşdu ki, ümumilikdə Bakı Metropolitenində 1282 obyekt icarəyə verilib. Hər obyektdən aylıq orta hesabla 700-750 manat alınır. Bu ilə 11 milyon manatdan artıq vəsait edir. Tağı Əhmədov isə ildə ticarətdən metroya gələn gəlirin 840 min manat olduğunu iddia edib. Deməli, milyonlarla manat vəsait mənimsənilib. Bu məsələni araşdırmaq əlbəttə hüquq-mühafizə orqanlarının işidir. Və belə ehtimal var ki, matrodakı ticarətlə bağlı ciddi araşdırmalara başlanılacaq. Hətta Tağı Əhmədovun bu məsələyə görə həbsi də gözlənilir.
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:40
HƏQİQƏT AXTAR