Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Ziya Məmmədov oliqarxlarla üz-üzə

İri tonnajlı maşınlara normadan artıq yük qadağası nazir üçün əlavə problemə səbəb olub

Nəqliyyat naziri Ziya Məmmədov qardaşı Nəriman Məmmədovu tutduğu vəzifədən çıxararaq “Azəryolservis”in rəhbəri Cavid Qurbanova müşavir təyin edəndə “Azadlıq” bunun səbəbləri barədə məlumat yaymışdı.
Həmin məlumatda deyilirdi ki, Nəriman Məmmədovun rəhbəri olduğu “MMC 85" adlı qurumun işi iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etməkdir. Hələ bir neçə əvvəl yolların qısa müddətdə dağılmasını iri tonnajlı maşınların artıq yük götürmələri ilə izah edən Nəqliyyat Nazirliyi bunun qarşısını almaq üçün ölkəyə xüsusi tərəzilər gətirmişdi. Lakin bununla da problemi həll etmək mümkün olmadı. Ziya Məmmədovun qardaşı müəyyən şərtlər daxilində iri tonnajlı maşınlara nəzərdə tutulandan artıq yük vurulmasına göz yumdu. Nəqliyyat naziri həm əlavə başağrısı olmasın deyə, həm də bütün yük daşınmalarını dəmiryoluna yönəltmək üçün qardaşını həmin vəzifədən çıxardı. Artıq iri tonnajlı maşınlara əlavə yük vurulması problemə çevrilib. Lakin Ziya Məmmədov necə deyərlər yağışdan çıxıb yağmura düşüb. Bəllidir ki, Azərbaycanda tikinti sektoru iri olqiqarxların əlindədir. Iri tonnajlı maşınların əhəmiyyətli hissəsi də həmin oliqarxlar üçün işləyir. Maşınlara əlavə yük vurulmasının birmənalı qadağan olunması isə Ziya Məmmədovu oliqarxlarla üz-üzə qoyub. Artıq diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim Ibrahimovun qardaşı, iş adamı Hacı Ibrahim Nehrəmli Ziya Məmmədovun bu addımından narazılığını ifadə edib. O, ”Yeni Müsavat" qəzetində bildirib ki, “Khazar Island” (“Xəzər adaları”) layihəsində problemlər yaranıb. Iki həftəyə yaxındır ki, dənizi qurutmaq üçün kənardan torpaq daşınmasına süni maneələr yaradılıb. “Indiyə qədər Bakıdan kənardan və bir də dənizə yaxın böyük təpəlikdən daşıyırdıq. Iki həftədir süni maneələr yaradılır. Guya qum, torpaq daşıyan maşınlarımız yolları dağıdır.
Bizim maşınlar heç bir magistral yola çıxmır. Ara yollardan keçib torpağı daşıyır. Əgər maşınlarımız yolu dağıdırsa, mən həmin yolu təmir etməyə hazıram. Guya yolları ağır tonnajlı maşınlar dağıdır. Ona görə bu dəqiqə maşınlara 5 kubdan artıq torpaq daşımağa icazə vermirlər. Bu da bizim işimizə mane olur".
Hacı Ibrahim bütün yük daşınmalarının dəmir yoluna yönəldilməsini də təsdiqləyib: “Yüklərin əsasən dəmir yolu ilə daşınmasına icazə verilir. Onlar da fürsətdən istifadə edib, tarifləri 35 faiz artırıblar. Üstəlik yükləri daşımaq üçün yük vaqonları çatışmır. Yük vaqonu çatışmır deyə qum daşımağın qiyməti 35 faiz artıb. Belə getsə, yaxın vaxtlarda tikinti sektorunda böhran yaranacaq. Yük maşınlarına qadağa qoyulub, dəmiryolu ilə də çatdırmaq olmur”.
Güman ki, yaxın günlərdə digər oliqarxlar da Ziya Məmmədova qarşı üsyan edəcək.
Yeri gəlmişkən, bir neçə gün əvvəl yük maşınlarının sürücüləri Prezident Administrasiyasının qarşısına toplaşaraq Ziya Məmmədovun bu addımına etiraz ediblər.
1281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber