Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Oktyabr 2013

Sabirabadlılar etiraz aksiyasına hazırlaşır

Bu gün AXCP Sabirabad rayon təşkilatı İdarə Heyətinin geniş iclası keçirilib. Virtualaz.org xəbər verir ki, bu barədə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov öz facebook səhifəsində məlumat yayıb.

N.Ədilovun verdiyi xəbərə görə, iclasda Bakıdakı mitinqlərə hazırlıq məsələləri, həmçinin prezident seçkiləri zamanı Sabirabad rayonunda aşkarlanmış çoxsaylı qanun pozuntuları faktları müzakirə olunub. İclasda Milli Şuranın Bakıda keçirməyə hazırlaşdığı etiraz aksiyasında iştirak edəcək dəstək qrupları ilə aparılan işləri intensivləşdirmək barədə qərar da qəbul olunub.
1908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15