Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Sirr açılmır: itmiş təyyarə, 239 nəfər hələ də tapılmır

Malayziyanın Nəqliyyat Nazirliyi ölkənin "Malaysian Airlines" aviaşirkətinin Boeing 777-200ER sərnişin təyyarəsinin uçuşunun onun radarlardan yoxa çıxandan bir neçə saat sonra bitməsi barədə yayılan məlumatları qətiyyətlə təkzib edib.

Agence France-Presse bildirir ki, The Wall Street Journal-in yaydığı məlumata görə, sərnişin təyyarəsinin axtarışlarında iştirak edən ABŞ-ın Federal Tühlükəsizlik Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları belə deyiblər.

Amerikalıların sözlərinə görə, onlar itmiş Boeing təyyarəsi üçün aviasiya mühərrikləri istehsal edən Rolls-Royce şirkətindən alınmış məlumatlara əsaslanırlar. Uçuş barədə məlumat təyyarədəki mühərriklərdən şirkətə avtomatik rejimdə hər yarım saatda bir ötürülür.

Rolls-Royce-dakı məlumatlara görə, təyyarə radarlardan yoxa çıxandan sonra təxminən 4 saat uçub: "Bu isə Malayziya aviaşirkətinin təyyarəsinin Hind okeanına düşə bilməsini istisna etmir".

Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüsseynin dediyinə görə, Rolls-Royce şirkətinin əməkdaşları Kuala-Lumpurdadırlar və araşdırmalarda iştirak edirlər.

"Amerikalı müstəntiqlərlə agentlərin The Wall Street Journal-a təqdim etdikləri məlumatları hələ almamışıq", - nazir deyib.

Adının çəkilməsini istəməyən aviasiya eksperti isə The New York Times-a bildirib ki, mühərriklərdən məlumatlar Rolls-Royce-a həmişə yox, yalnız uçuş və eniş zamanı verilir.

Bundan başqa, Malayziya hökumətinin yetkililərinin dediklərinə görə, Çinin kosmik peykindən çəkilən və itkin düşmüş Boeing-in qalıqları kimi təqdim olunan obyektlər təyyarəyə aid deyil.

Çinin Malayziyadakı səfiri bəyanat verib ki, fotolar yanlış olaraq dərc olunub.

"Malaysia Airlines" aviaşirkətinin Boeing 777-200ER sərnişin təyyarəsi martın 8-də yoxa çıxıb. Təyyarə Kuala-Lumpurdan Pekinə uçurdu. Təyyarədə 239 nəfər, o cümlədən 12 nəfər heyət üzvü vardı.

MH370 reysi ilə uçan təyyarənin axtarışlarında 12 ölkə iştirak edir.

ABŞ rəsmilərinin dediklərinə görə, onlar təyyarənin qalıqlarının Hind okeanında axtarışları ilə məşğuldurlar.
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...