Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

"Bütün "Sovetski" ayağa qalxacaq!"

"Bütün "Sovetski" ayağa qalxacaq!" - Məhəllə sakinlərinin başçısı

Bakının Yasamal rayonu ərazisində "Sovetski" kimi tanınan evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olanların yenidən aksiya keçirəcəyi ilə bağlı məlumatlar yayılıb.

"Sovetski" sakinlərinin "Təşkilat Komitəsi"nin sədri Namiq Quliyev bildirib ki, aksiyanın olacağı ilə bağlı yayılan məlumatlar yalandır. Sakinlər aksiya etməmələri barədə razılığa gəliblər. "Hökumətin son qərarından sonra sakinlər aksiya etməyəcəklərini bildiriblər. Amma onu da bildiriblər ki, aksiya onların evlərini buldozerlə sökməyə cəhd edəcəkləri halda olacaq. O zaman isə tamam başqa aksiya olacaq. Çünki hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 manatlıq kompensasiya ilə razılaşmayanlara deyildi ki, onlar bundan sonra da həmin ərazidə 100 il də yaşaya bilərlər. Yəni heç kim öz evindən zorla çıxarılmayacaq. Amma kimsə zorla çıxarılarsa, o zaman bütün "Sovetski" sakinləri ayağa qalxacaq". Qeyd edək ki, hökumətin son qərarına görə hər kvadrat metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olanların evləri sökülməyəcək./modern/
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı