Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Müxalifətçi övladları kiməsə güllə atsa...

Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun törətdiyi cinayətin araşdırılmaması və ona qarşı tədbir görülməməsi harın məmur, deputat övladları ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Cəmiyyət bu cür harın məmur, deputat uşaqlarının cinayətləri ilə bağlı ölçü götürülməməsindən narazıdır.

Qeyd edək ki, ötən il noyabrın 13-dən 14-nə keçən gecə A. Orucovun oğlu İ. Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Xoşbəxtlikdən güllələr “Nissan Juke” olan iki qadına - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərovaya dəyməyib.
Bununla bağlı Aynurə Cəfərova müvafiq orqanlara şikayət etsə də, cinayət hələ də araşdırılmamış qalır.

Buna bənzər hadisələr əvvəllər də yaşanıb. Məmur, deputat uşaqlarından fərqli olaraq müxalifətçi övladlarını hətta eləmədikləri hansısa işə görə dərhal həbs edirlər, yaxud təsadüfi bir qəzaya görə ağır cəza verirlər.




“Nərgiz Yaqublu: “Ölkədə ciddi məmur özbaşınalığı var”


Müsavat Partiyası başqanın müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublunun qızı Müsavat Gənclər Təşkilatının sədr müavini Nərgiz Yaqublunun fikrincə, hər hansı bir cinayət törətsəydi, dərhal haqqında cinayət işi qaldırılardı: “Ölkədə ciddi məmur özbaşınalığı var. Bizə məlum olmayan kifayət qədər cinayətlər törədilir. Heç biri də araşdırılmır. Niyə? Çünki bu ölkədə qanun, müstəqil məhkəmə yoxdur. Polislər, hakimlər, prokurorlar hamısı bu hakimiyyətdən qorxur. Onların həddi nədir ki, hansısa məmur övladına cinayət işi açsınlar. Məmur övladları necə istəyirlər elə də hərəkət edirlər. Onlar bu xalqı saymır. Kimi istəyirlər həbs edirlər, işgəncələrə məruz qoyurlar, öldürürlər. Müxalifətçilərin övladları belə bir iş tutsaydılar, anındaca cinayət işi açardılar və ən ağır cəzaya məhkum edərdilər. Mən demirəm ki, müxalifətçilərin övladları hər hansı qanun pozuntusu edərsə, heç bir cinayətə cəlb olunmasın, əksinə, olunmalıdırlar. Amma məsələ orasındadır ki, bu, hakimiyyətdə olanlara şamil edilmir”.



Turqut Qəmbər: “Eyni hadisə müxalifətə aid bir şəxsin övladı tərəfindən törədilsəydi, həbs olunardı”


Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər bu məsələ ilə bağlı fikirlərini qısa ifadə etdi: “Müqayisə nə qədər qüsurlu olsa da, eyni hadisə müxalifətə aid bir şəxsin övladı tərəfindən törədilsəydi, həmin şəxs təbii ki, həbs olunardı. Onun həbsi barədə məlumat hakimiyyətə aid mətbuat orqanlarının gündəlik mövzusuna çevrilərdi ”.

Xatırladaq ki, buna bənzər hadisələr müxalifət partiyası rəhbərlərinin övladlarının başına gəlib. Belə ki, 2012-ci ilin avqust ayında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu ehtiyatsızlıq üzündən avtomobil qəzası törətmişdi. Hadisə nəticəsində partiyanın Məclis üzvü Aydın Acalov həlak olmuşdu. Abşeron Rayon Məhkəməsi zərərçəkən tərəfin şikayəti olmamasına rəğmən, hadisənin ehtiyatsızlıq üzündən törədildiyini nəzərə almayaraq Nigar Yaqublu barədə 2 il 6 aylıq həbs qərarı çıxarmışdı.



Bundan əlavə, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və dostları Ülvi Nuriyev, Coşqun Salahov ötən il Milli Şuranın 22 sentyabr mitinqindən sonra prezidentliyə namizədlərin plakatlarını cırmaq bəhanəsi ilə saxlanılmışdılar, partiya sədrinin oğluna 25, dostlarına isə 30 sutka inzibati həbs cəzası verilmişdi./musavat/
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.1