Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Gənclər Azadlıq meydanındakı aksiyaya gedəcəkmi?

Bakıda facebook vasitəsi ilə mitinq təyin olunub. Martın 15-i saat 16:00-da Azadlıq meydanında ölkədəki sosial ədalətsizliklərə və siyasi azadlıqların məhdudlaşdırılmasına etiraz olaraq aksiya keçirilməsi qərara alınıb.

Bununla bağlı facebookda yaradılan səhifədə mitinqə çağırış olunub və nümayişin heç bir siyasi təşkilat tərəfindən təşkil olunmadığı vurğulanıb. Həmin səhifədə bunlar yazılıb: “”Sovetski" sakinlərinin aksiyası dağıdıldı. Hakimiyyət vətəndaşların maraqlarını təmin etməməkdə israrlıdır. Sonra metroda bir tikə çörək qazananların iş yerləri əlindən alınmağa başlandı.

Bundan əlavə, AXCP-nin qərargahında “terror” aktı, fəallarının həbsi həyata keçirilib. Vətəndaşlar arasında qorxu yaratmaq öz iqtidarını qorumaq istəyindən irəli gəlir.
Bu səbəbdən hər kəsi mübarizəyə səsləyirəm. Kütləvi aksiyalar dalğasına start verməyin vaxtıdır. Aksiya heç bir siyasi təşkilat tərəfindən təşkil olunmayıb. Hər kəs özünün lideri olsun. Hər bir vətəndaş meydana gəlib qanunsuzluqlara “BƏSDİR!” desin".
Müsavat Partiyası gənclər təşkilatının sədri Əhliman Abbas deyir ki, aksiyanın təşkilatçısı bilinmir. Onun sözlərinə görə, əvvəlcədən təşkilatlar arasında müzakirə olunmalı, məsləhətləşmə aparılmalı və qərar verilməlidir: “Ona görə də bu aksiya haqda geniş məlumata malik deyiləm. Sadəcə, sosial şəbəkədə çağırış olunub. Tanımadığımız adamın təşkil etdiyi aksiyada iştirak etmək fikrimiz yoxdur. Gərək təşkilatlar arasında razılıq əldə olunsun”.

VHP gənclər təşkilatının sədri Pünhan İmamlı da Azadlıq meydanına təyin olunmuş aksiyanın təşkilatçısının kim və ya hansı təşkilat olduğunu bilmədiklərini deyir: “Ona görə də dəstək verilməyəcək, üzvlərimizin iştirakını da məqsədəuyğun hesab etmirik.
İndiyə qədər təxribat xarakterli belə çağırışlar çox olub. Bu çağırışın da təxribat xarakterli olub-olmadığını bilmədiyimizə görə hələlik gözləyirik. Əgər bu aksiya həqiqətən vətəndaş etirazı olacaqsa, onda üzvlərimiz iştirakda sərbəst olacaqlar".
1248 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50