Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Borclu abonentlərə Novruz müjdəsi: İşığınız kəsiləcək

Novruz Bayramı günlərində «Bakıelektrikşəbəkə» ASC gücləndirilmiş iş rejimində çalışacaq.

«Bakıelektrikşəbəkə»dən verilən məlumata görə, bayram şənliklərinin keçirildiyi ərazilərdə aparılan təmir-tikinti işləri müvəqqəti dayandırılacaq, əlavə maşın-mexanizmlər, avadanlıqlar və əməkdaşlar cəlb ediləcək.

Elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarını dərhal ödənilməsi xahiş olunur. Elektrik enerjisindən istifadəyə görə yaranmış debitor borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı martın 17-də, saat 12:00-dan etibarən qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün «Bakıelektrikşəbəkə» ASC tərəfindən ciddi tədbirlər görüləcək./apa/
1181 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber