Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

"Moskva" Univermağı kimindir?

Bakı şəhəri 3-cü mikrorayon ərazisində yerləşən Moskva Univermağında baş verən yanğından sonra ticarət mərkəzinin kimə aid olması ilə bağlı suallar yaranıb. Kimi həmin ticarət mərkəzinin millət vəkillərindən birinə məxsus olduğunu, kimi isə yenicə işdən kənarlaşdırılan Tağı Əhmədova aid olduğunu deyir.

Hazırda yanğın baş verən ticarət mərkəzi Elmira Mədətovaya məxsusdur. O, uzun illərdir ki, ticarət mərkəzinin rəhbəridir. Moskva Univermağını xırda sahibkarlara icarəyə verib.
Xatırladaq ki, bu gün səhər saatlarında Moskva Univermağında yanğın baş verib. Yanğın ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib. Moskva Univermağının yarısı demək olar ki, yanıb./modern/
1539 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber