Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Sual.nur-az.com-da günün sualı

Ümumi

Sual: Salam Aleykum ve rehmetullah ve berekatuhu. Tevessul barede qisa melumat isteyirem. Ashagidakilardan hansi heqiqi ve dogru tevessul hesab olunur? 1) Ya Allah biheqqi Huseyn Meded 2) Ya Huseyn Meded Evvelceden tewekkurler

Cavab:
Allahın adı ilə.
Əleykumus-salam.
Təvəssül üçün həm əqli həm də nəqli dəlil vardır. Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, “Allahın dostlarına-sevdiyi bəndələrə” (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş−yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qurani-kərim buyurur: “Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitən ilə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.” (Yusif, 97-98).
Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.” (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.” (Yusif, 98) Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.
Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qurani-kərim buyurur: “De ki; Allahın istədiyi (verdiyi-əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.” (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.
Birinci cümlə doğrudur. İkinci isə bu şərtlə düzgün olar ki, biz İmamı müstəqil qütrət sahibi bilməyək və övliyaları Allahla insan arasında vasitə bilək və onlarda olan qüdrəti Allahdan və Onun izni ilə olduğuna inanaq.
Allah sizə yar olsun.

1350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP