Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Artur Rəsizadə nəyin hesabatını verməlidir?

Statistika Komitəsinin rəqəmlərinin, yoxsa o, başqa məqamlara aydınlıq gətirməlidir

Məhəmməd Talıblı: «Hesabat inkişaf nağıllarını deyil, hökumətin iqtisadi artım, ərzaq təhlükəsizliyilə bağlı çoxsaylı iqtisadi hədəflərini əhatə etməlidir»
Zöhrab Ismayıl: «Normal ölkələrdə hökumətin hesabatları Azərbaycandakı kimi ildə bir dəfə olmur»
Bu yaxınlarda prosedura uyğun olaraq hökumət Milli Məclis qarşısında 2013-cü il üzrə hesabatını verməlidir. Bu dəfə də ənənəyə uyğun olaraq hökumətin hesabatının Statstika Komitəsinin açıqladığı rəqəmlərin deputatlara oxunmasıyla məhdudlaşacağı gözlənilir. Bir qayda olaraq hökumətin Milli Məclisdəki hesabatları hesabat xatirinə çıxışlar olur. Amma əslində hökumətin hesabatı nə cür olmalıdır? Hansı sahələri əhatə edərək, hansı problemləri qabartmalıdır?

Iqtisadi Təhlil Institutunun rəhbəri Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanda hökumətin hesabatı dedikdə yalnız baş nazir Artur Rəsizadənin yalnız uğurlardan ibarət iqtisadi hekayəsi yada düşür. Reallıqda Azərbaycanda hökumətin ölkənin iqtisadi vəziyyətini özündə əks etdirən hesabatla çıxış etmədiyini deyən M.Talıblı vurğuladı ki, parlamentdə hesabatla bağlı sorğu almaq, onu tənqid etmək ənənəsi də yoxdur: “Bir qayda olaraq hökumətin hesabatları real vəziyyəti əks etdirmir. Hökumət Statistika Komitəsinin məlumatları əsasında yalnız reallıqdan uzaq mənzərəni yaratmaqla məşğuldur. Əslində isə hesabat hökumətin yoxsulluq, iqtisadi artım, ərzaq təhlükəsizliyi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı iqtisadi hədəflərini əhatə etməlidir. Hesabatı verərkən hökumət qeyd edir ki, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün həqiqətən də hansı addımlar atılıb. Azərbaycanda isə əksinə olaraq inkişaf nağılları uydurulur. Azərbaycan hökumətinin hesabatları ictimai rəyə heç bir təsir etmir. Çünki ”hər şeyin yaxşı olması" haqqında uydurma iqtisadi tamaşaya heç kim inanmır".
Hökumətin hesabatının ictimailəşdirilməsiylə də bağlı ciddi əngəllərin olduğunu deyən M.Talıblı vurğuladı ki, hesabat sosial baxımından bir neçə ictimai quruma, onaların probleminə yönəlik olmalıdır.

Azad Iqtisadiyyata Yardım Ictimai Birliyinin sədri Zöhrab Ismayıl bildirdi ki, normal ölkələrdə hökumətin hesabatları Azərbaycandakı kimi ildə bir dəfə olmur. Böyük Britaniyanın təcrübəsində ən azı ayda bir dəfə baş nazirin parlament qarşısında hesabat verdiyini deyən Z.Ismayıl vurğuladı ki, bundan başqa digər nazirliklərin də aryıca hesabatları olur: “Ayrı-ayrı sahələr” iqtisadi inkişaf, maliyyə nazirləri də öz hesabatları ilə çıxış edirlər. Hökumətin deputatlar qarşısında verdiyi hesabatda da müəyyən məlumatlar olsa da, onlar ictimaiyyətdən gizli keçirilir. Azərbaycanda hökumətin hesabatı hesabat xatirinə hesabatdır".
Z.Ismayılın fikrincə, hesabatlar ən azı ayda bir dəfə olmalı və başqa nazirlikləri də əhatə etməlidir.
Hikmət/azadlıq.info
1278 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber