Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Rusiya da Belorusiyaya qırıcı təyyarələrini göndərib

Belorusiyanın Bobruysk hərbi aerodromuna Rusiyanın Su-27 qırıcı təyyarələri və hərbi-nəqliyyat təyyarələri enib. Rusiya hərbi-hava qüvvələrini Müttəfiq dövlətin müdafiəsi və birlikdə kəşfiyyat məqsədilə göndərib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Moqilevkiy ərazisinə 6 SU-27 və iki ölkə arasında razılaşmaya uyğun olaraq xarici sərhədlərin birgə qorunması üçün Belarusa üç nəqliyyat təyyarəsi göndərilib.

Bundan əvvəl, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordüja bildirib ki, NATO-nun Belorus ilə sərhəd ölkələrində kəşfiyyat fəaliyyəti gücləndirilib. Orada alyansın hava qruplaşması güclənir.

Minskdən verilən məlumata görə, Rusiya komponenti Müttəfiq dövlətlərin razılığı çərçivəsində Belorus Respublikasının Hərbi qüvvələri ilə hərbi haırlığın ikinci mərhələsinə cəlb oluncaq.

“Belorus ilə sərhəddə olan dövlətlərin ərazisində irəlidə hərbi qruplaşmalar yerləşdirilsə, Belorus adekvat reaksiya tədbirləri görəcək”,-deyə Belorus Müdafiə Nazirliyinin nümayədəsi bildirib./ans/
1257 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber