Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

“Sovetski”də tutulanlardan xəbər almaq mümkün olmur

Bakının “Sovetski” məhəlləsində keçirilən etiraz aksiyasında tutulanlardan yeni bir xəbər almaq mümkün olmur.

Hökumət “Sovetski”də söküləcək evlərin hər kvadratmetrinə 1500 manat verir, sakinlər isə məbləğin artırılmasını istəyir. Martın 3-də keçirilən etiraz aksiyası zamanı beş nəfər həbs olunub. Elxan Əliyev, Hikmət Zeynalov 30 sutka, Rəşad Ataşov, Mirislam və Ülvi adlı şəxslər isə 15 sutka həbs cəzası alıb.

Martın 14-də “Media forum” saytına danışan “Sovetski” sakini, hökumət orqanları ilə danışıqlar aparan qrupun üzvü Namiq Quliyev deyib ki, müvafiq orqanlarla əlaqə yaratsalar da, həbs olunanlar barədə məlumat ala bilmirlər: “Biz onlarla maraqlanırıq, amma deyirlər ki, sizin işiniz deyil, onlar başqa işə görə tutulublar. Konkret deyirlər ki, mitinq olmasaydı belə, onlar həbs olunacaqdılar. Həbslərinin səbəbi barədə isə heç nə demirlər. Gözləyirik ki, onların həbs müddəti bitsin, çıxsınlar, özlərindən məlumat alaq.

Həbs olunanlardan Hikmət Zeynalovun qardaşı ilə danışmışam. O da qardaşının həbsinin səbəbini bilmir”.
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı