Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Qorbaçov Ukraynadan danışdı

SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Ukraynadakı gərginliklə bağlı mövqeyini açıqlayıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Qorbaçovun sözlərinə görə, böhrandan çıxış yolu üçün Rusiya və Ukrayna vətəndaşlarının dəstəklədiyi bir qərar vermək lazımdır. O, Rusiya prezidenti Vladimir Putinin apardığı müzakirələrə də aydınlıq gətirib: “Vladimir Putin demək olar ki, hər gün başqa dövlətlərin başçıları ilə danışıqlar aparır, onlarla qarşılıqlı diplomatik əlaqələr yaradır. Mən bu məsələyə qarışmaq istəməzdim”.

SSRİ-nin dağılmasında böyük rol oynayan sabiq prezident onu da qeyd edib ki, yaranmış vəziyyətin əsas səbəblərindən biri də ötən əsrin 80-cı illərindəki yenidənqurmanın davam etdirilməməsidir: “Mən də SSRİ-nin saxlanılması üçün əlim çatan bütün siyasi vasitələrdən istifadə edirdim. Rusiya, Belarus, Ukrayna rəhbərlərinin “Belevojski” danışıqları mənə rəsmi Moskvanın bundan sonra yarana biləcək dağıdıcı hərəkətləri barədə xəbərdarlıq edirdi. Ancaq təəssüf ki, mənim xəbərdarlıqlarıma qulaq asan olmadı”. M. Qarbaçov KİV nümayəndələrini Ukraynadakı gərginliyi alovlandıran məqalələr, informasiyalar yazmamağa çağırıb: “Siyasi ehtirasları körükləndirmək olmaz. Burada bir-birinə bağlı iki dövlət arasındakı münasibətlərdən söhbət gedir. Heç bir halda onlar arasında faciəli parçalanmaya səbəb olacaq çıxışlar etmək düzgün deyil”.
1475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:09
05