Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Kerri ilə Lavrovun danışıqları nəticəsiz qaldı

ABŞ Dövlət katibi Con Kerri deyib ki, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Londonda 6 saat danışıq aparıblar.

Kerri Lavrova bildirib ki, ABŞ və beynəlxalq aləm Krım referendumunun nəticəsini tanımayacaq.

Kerrinin sözlərinə görə, Lavrov ona deyib ki, referendumun nəticələri bilinməyincə Rusiya prezidenti Putin Krım haqda qərar qəbul etməyə hazır deyil.

Kerri deyib ki, o və Lavrov yaxın günlərdə sıx əlaqə saxlamağa razılaşıblar.

Danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukrayna barədə ABŞ-ın və Rusiyanın fikirləri ayrılır.

O bildirib ki, martın 16-da krımlıların referendumda iradəsinə Rusiya hörmət edəcək.

Lavrov mümkün sanksiyalar barədə deyib: ”Bizim tərəfdaşlar sanksiyaların əks nəticə verə biləcəyindən yaxşı xəbərdardıralr”.

Lavrov həmçinin deyib ki, “Kerri Rusiyanı heç nə ilə hədələmədi”.

Lavron onu da bildirib ki, əgər Kosovo xüsusi haldırsa. Onda Krım da xüsusi haldır.

Ag Evdə İrlandiyanın baş naziri Enda Kenni ilə mətbuat konfransında ABŞ prezidenti Barak Obama isə deyib:

"Biz ümid etməkdə davam edirik ki, diplomatik həll tapılacaq. Ancaq ABŞ və Avropa təkcə Ukraynanın suverenliyi məsələsində mesaj verməkdə bir deyil. Həm də bu suverenlik pozulsa, bunun nəticələri olacaq fikrində də birdir."
1233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
Go to TOP