Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

Rusiyadan Azərbaycana qayıdanların sayı artır

Bir neçə gün öncə Moskvada saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

APA TV-nin verdiyi xəbərə görə, həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis İdarəsinə aparılıb, müxtəlif cinayətlərdə iştirakı, qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanıldıqdan sonra sərbəst buraxılıb. Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdiyi reydlərə gəlincə isə...

İlk günlərlə müqayisədə azalma müşahidə olunsa da, reydlər davam edir: “Rusiya rəsmilərini çıxışlarından sezmək olur ki, proses hələ bir müddət davam edəcək".

Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” topdansatış bazasının icarədarlarına məhsullarını oradan çıxarmağa şərait də yaradılıb. Lakin problem çıxarılan məhsulların yerləşdirilməsi üçün yeni bazaların olmamasıdır. Eyni zamanda “Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub. Belə ki, işsiz qalan həmyerlilərimiz artıq Azərbaycana üz tutub: "Azərbaycanın Rusiyadakı səfirliyindən verilən xəbərə görə, hazırda Azərbaycandan Rusiyaya miqrant axını əvvəlki illərlə müqayisədə azalıb. Rusiyadan Azərbaycana qayıdanların sayı çoxalmaqdadır. Yəni, bir vaxtlar Rusiyaya gələn miqrantlar geri qayıdırlar”.
1858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı