Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Bazarlar qısaqapanmadan yanır, yoxsa uzun düşüncələrdən sonra?!

Martın 14-də səhər Bakıda yenə bir yanğın hadisəsi oldu. Bu dəfə də yanan ticarət mərkəzi idi.

Əgər firik versəniz, aydın görərsiniz ki, Azərbaycanda ticarət mərkəzlərinin yanma halları çox tez-tez baş verir. Hər dəfə də yanğın hadisəsindən sonra ortaya alovlar içərisindən külli miqdarda vəsaitin yanması söhbəti çıxır. Bunlar təsadüfdür yoxsa, maraqların işi?
Bazarlarda od tutub yanan təkcə qiymətlər deyil, həm də ticarət mərkəzlərinin özüdür. Son iki gündə Bakıda iki ticarət mərkəzi yanıb. “Sahil” ticarət mərkəzindən sonra martın 14-də səhər "Moskva" univermağında yanğın oldu. Son bir neçə ayda isə ölkə üzrə 10-a qədər bazar yanıb. Paytaxtda "Sədərək" və "Binə", Sumqayıtda "Karvan" ticarət mərkəzi yand. Son yanğınlara Salyan və Xaçmaz rayon bazarlarını da qatmaq olar. Yanan obyektlərin digər profilli deyil, məhz ticarət mərkəzi olması, eyni ssenari üzrə səhər tezdən, hələ işçilər obyektə gəlməmiş yanması qaranlıq məqamlardan xəbər verir.
Son günlər bir neçə ticarət mərkəzinin yanmasa təsadüf hesab edilmir, hətta ekspertlər qəsdən törədilmə versiyasnı istina etmirlər.
Keçmiş polis rəisi Mahmud Hacıyev bildirir ki, ard-arda eyni motivli kriminal hadisə, eyni profil üzrə işləyən obyektlərdə baş verirsə, bu, ciddi siqnaldır. Hadisələrin eyni xronologiya üzrə törənməsi də ciddi araşdırma tələb edir. Çünki yanan ticarət mərkəzləri insanların daha çox miqrasiya etdiyi yerlərdir.
“Şablon cavablar verir, "qısaqapanma olub" deyirlər. Eyni sözlərdir. Bunlar araşdırılmalıdır, təhqiqat var, istintaq var, gərək obyektiv araşdırma keçsin, çünki zəncirvaridir hadisələrdir. Mən martda daha bir hadisə olmağını istisna etmirəm” - deyə M.Hacıyev bildirir.
Lakin şahidlər bildirir ki, alov qəflətən başlayıb və bu nə qısa, nə də uzun qapanmaya bənzəmirdi.
Şahid Rəşad Fərəcov deyir ki, elə bil benzin tökdülər, qəfildən alov qalxdı.
"Moskva" ticarət mərkəzində yanğınsöndürənlər qısaqapanma versiyasını irəli sürdülər. Ən qeyri-adi versiyanı "Moskva" ticarət mərkəzinin inzibatçısı Zülfüqar Abdullayev ortaya atdı. Sözündən belə çıxdı ki, yanğına gəmiricilər səbəb olub: “Siçanlar kabeli yeyib, ondan olub”.
Hadisənin baş verməsində məsuliyyəti obyekt sahibi də daşıyır. Yəni məsələnin texniki tərəfləri də var. Obyektlər yanğınsöndürmə ləvazimatları ilə lazımi qədər təchiz olunmur.

Məsələn, son hadisələrdən biri “Sahil” ticarət mərkəzində baş verən yanğını təftiş edən ekspert Afin Nəzərov bildirir ki, mərkəz yanğın təhlükəsizliyi tələblərinə cavab verməyib: “Yanğın zamanı baxış keçirdik, 2 tüpdən biri işləmirdi, "yox idi" dedilər. Aparıblar "zapravka" eləməyə, böyük ticarət mərkəzində ən azı 4 dənə tüp olmalıdır”.
Hələ bu, bizim ən yüksək kateqoriyalı ticarət mərkəzimizdir. Respublikada ayrı-ayrı ticarət mərkəzlərində baş verən yanğınlarla bağlı araşdırma aparan Fövqəladə Hallar Nazirliyi isə hələlik araşdırmalar aparır. Amma o da var ki, bu günədək aparılan digər hadisələrin istintaqı ortaya ciddi fakt qoymayıb./ans/
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26