Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Keçmiş türk nazir rüşvət alanı söydü - Söyüş bizimkilərə aid deyil

Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan 19 dekabr rüşvət əməliyyatlarından danışıb.

"Anadolu" agentliyinin verdiyi məlumata görə, Mersində seçicilərlə görüşən sabiq nazir Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun onun haqqında hədiyyə saat aldığı barədə iddialarına cavab verib.

"Ey Kılıçdaroğlu, hədiyyə saat alan da, verən də, "aldı" deyən də namərddir, alçaqdır, ədəbsizdir. Çıxıb utanmadan Türkiyənin baş nazirinə deyir ki, "1 milyard dolları var", "Zəfər Çağlayana rüşvət verilib". Ey Kılıçdaroğlu, burada sənə təkrar söyləyirəm. Bir qəpik rüşvət alan, bir qəpik rüşvət verən, "rüşvət aldı" deyən namərddir, alçaqdır, vicdansızdır" - Zəfər Çağlayan bildirib./musavat/
1069 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...