Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Xarkovda atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Bu gecə Ukraynanın Xarkov şəhərində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Vesti.ua” saytının verdiyi xəbərə görə, atışma şəhərin Rımarski küçəsində baş verib.

Şahidlərin dediklərinə görə, Rımarski küçəsinə bir neçə avtomobil gəlib. Bundan sonra atışma başlayıb, nəticədə iki nəfərin öldüyü bildirilir.

Atışma baş verən küçəyə milis, “təcili yardım”, yanğınsöndürənlər və Xarkovun meri Qennadi Kernes gəlib.

İTAR-TASS agentliyinin məlumatına görə, toqquşmalar Xarkov sakinləri və “Pravıy sektor” təşkilatının üzvləri arasında olub. Bu barədə Xarkovun meri Q.Kernes bildirib.

Hazırda binada 40-50 silahlının olduğu bildirilir. Milis ərazini əhatəyə alıb, radikallarla danışıqlar aparılır.

Toqquşma zamanı avtomatik silah, səs-işıq qumbarası və “Molotov kokteyli”ndən istifadə olunduğu barədə xəbərlər yayılır./apa/
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...