Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Həkimlər QİÇS-ə çarə tapdılar

Bu layihənin iki müəllifindən biri olan Misir Silahlı Qüvvələri Səhiyyə Komandanlığı polkovniki Əhməd Amin ötən gün yeni icad barədə məlumat verib

Misirli hərbi həkimlər bu yaxınlarda QİÇS və Hepatit C kimi xəstəliklərin müalicəsində istifadə edilə biləcək dərman və cihazların testlərinin sona çatdığını açıqlayıblar.

Gizli olaraq həyata keçirilən bu layihənin iki müəllifindən biri olan Misir Silahlı Qüvvələri Səhiyyə Komandanlığı polkovniki Əhməd Amin ötən gün yeni icad barədə məlumat verib.

Misirli hərbi həkimlər tərəfindən yaradılan texnologiyanın adı "Complete Curing Device" (qısaca CDD) adlanır. Polkovnikin sözlərinə görə, bu texnologiyanın köməyiylə QİÇS və Hepatit C viruslarını qan nümunəsi almadan aşkar edərək yox etmək, sonra isə əhatəli müalicə etmək mümkündür.

20 il üzərində işlədikləri layihədən danışan Əhməd Amin, həmçinin bu cihazlarla müalicənin xərcinin az və Qərbdə tətbiq olunan müalicə üsullarından da fərqli olacağını söyləyib.

İlk olaraq iki hərbi xəstəxanada işlədilməsi planlaşdırılan cihazlarla rəsmi olaraq iyulun 1-dən xəstələrin müalicəsinə başlanacağı qeyd edilib./ans/
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10