Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

“Rusiyanın bir hissəsi olacağıq”

Baş nazir: “Rusiyanın bir hissəsi olacağıq”
"Abxaziya kimi müstəqillik elan etmək ehtimalı yoxdur"

Krım Muxtar Respublikasının baş naziri Krımın müstəqillik elan etmək ehtimalını dəyərləndirib.

Krım baş naziri Sergey Aksyonov bölgə rəhbərliyinin Abxaziya kimi müstəqillik elan etmə ehtimalının olmadığını və Rusiyaya birləşmək prosesinin bir il çəkəcəyini açıqlayıb.

Sevastopolda təşkil etdiyi mətbuat konfransında keçid mərhələsinin təxmini bir il çəkəcəyini deyən Krımın baş naziri müxbirlərdən birinin bölgədə "Abxaziya variantı" ola bilərmi sualını bu cür cavablandırıb:

"Xeyr, müstəqilliyimiz olmayacaq. Hal-hazırda hamımız və şəxsən mən, Krımın bölgə olaraq Rusiya Federasiyasının bir hissəsi olması lazım olduğunu düşünürəm".
1182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...