Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

“Binə”də qiyam gözlənilir

Sahibkarlar bazar rəhbərliyinin onlara qarşı təxribat hazırladığını deyir

“Binə” Ticarət Mərkəzi ətrafında qalmaqal yaranıb. Bu barədə məlumatı “Olaylar” qəzeti yayıb. Qəzet adının çəkilməsini istəməyən sahibkarlara istinadən yazıb ki, ticarət mərkəzində yenə də mağaza sahiblərinə qarşı təxribat hazırlanır. Bazar rəhbərliyinin göstərişi ilə sahibkarlara yenidən təzyiqlər başlanıb.

Təzyiqlərin səbəbi isə sahibkarların ticarət mərkəzini tərk etməsidir. Mağaza sahibləri bildirilər ki, onlara artıq bu ticarət mərkəzində alver etmək sərf etmir. Çünki, ticarət mərkəzi yaxın vaxtlarda söküləcək. Sahibkarlar deyib: “Ticarət mərkəzinin yarısı söküləcək. Bu barədə hamıya xəbərdarlıq edilib. Amma, bazar rəhbərliyi bunun yalan olduğunu deyir ki, biz bazarı tərk etməyək. Amma, əslində bu neçə vaxtdı müzakirə olunur. Bazarın 1-ci sırasından 6-cı sırasına qədər olan ərazi söküləcək. Çünki, həmin ərazidən dairəvi yol keçəcək. Burda da ən yaxşı alver gedən ərazi 4, 5 və 6-cı sıralardır. Bu sıralar dağıldısa daha ”Binə"yə heç kim gəlməyəcək. Biz də buna görə, bazarı indidən tərk edib özümüzə yer tapmaq istəyirik. Amma, imkan vermirlər. Hər cəhdlə çalışırlar ki, bizi burda saxlasınlar, acından öldürsünlər. Hər gün bir cür təzyiqlər edirlər. Gah deyirlər ki, kim çıxsa mağazası əlindən alınacaq, gah deyirlər narahat olmayın, yol başqa yerdən keçəcək. O gün gəlib deyirlər ki, guya Kəbirə Məmmədova yuxarılarla danışıb, yolun sxemini dəyişdirib, guya yol “Binə” nin sağ tərəfindən keçəcək. Bir-iki nəfər də çaşqınlıq yayıb ki, guya yol “Binə”dən yox, “Sədərək”dən keçəcək. Amma, bilirik ki, bu bəhanələrdir. Bizi burda saxlamaq istəyirlər ki, bazarı tərk etməyək. Hamı bilir ki, bu layihə “Binə” Ticarət mərkəzinin bir hissəsindən keçəcək və 7 sıra dağıdılacaq".
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:24