Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Suriya dövlət ordusu strateji Yəbrud şəhərinə daxil olub

Yəbrudda olan digər bir qruplaşma “əl-Qələmun Azadələri” isə şəhəri Rənkus rayonuna tərəf tərk ediblər

Hökümət ordusu bir ay mühasirədən sonra dünən əl-Qələmun yüksəkliklərində strateji Yəbrud şəhərinə daxil olub.

İnterAz-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, hökümət ordusu Yəbrud şəhərinə şərq tərəfdən daxil olub. Məlumata əsasən, Yəbrudda əsas silahlı qruplaşma ən-Nusra Cəbhəsi digər qruplaşmaları şəhəri tərk etməməyə məcbur edib və buradan qaçmaq istəyən “İslam Cəbhəsi” üzvlərini qətlə yetirib.

Yəbrudda olan digər bir qruplaşma “əl-Qələmun Azadələri” isə şəhəri Rənkus rayonuna tərəf tərk ediblər.

Bu arada dünən Yəbrudda gedən qarşıdurmalarda ən-Nusra Cəbhəsinin lider müavini Əbu İzam əl-Küveyti öldürülüb. Bu şəxs Suriyada 16 rahibəni oğurlayan şəxs kimi də tanınır.

Bildirək ki, Yəbrud rayonu Suriya-Livan sərhəddi zolağında yerləşən əl-Qələmun yüksəkliyinin strateji şəhərlərindən biridir. Bundan öncə dövlət ordusu əl-Qələmundaki əl-Qarrə, Dir-Ətiyyə və ən-Nəbək şəhərlərini ələ keçirmişdi. Yəbrudun ələ keçirilməsindən sonra isə Livandan Suriyaya axışan silahlıların istifadə etdikləri koridorlar bağlanacaq.
1246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:28