Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Türkiyə ərazisində atışma, 35 əsgər öldü

Əl-Qaidə əlaqəli İraq Şam İslam Dövlətinin (İŞİD) nəzarətində olan bölgə ərazisindən Türkiyə sərhədinə 35 km. məsafədəki Süleyman Şah Türbəsi ətrafında şiddətli qarşıdurmalar yaşandığı bildirilir.

Kürd qrupları "Əl Ekrad" və "YPG"dən dəstək alan Azad Suriya Ordusunun əks hücum başlatdığı qarşıdurmalarda 35 İŞİD döyüşçüsünün öldürüldüyü açıqlanıb.

Suriya sərhədləri içərisində olan və 1921-ci ildə imzalanan Ankara müqaviləsi ilə Türkiyənin torpağı kimi qəbul edilən Süleyman Şah Türbəsinin olduğu bölgəyə Azad Suriya Ordusu nəzarət edirdi. Türbənin ətrafındakı strateji ərazi və körpü qarşıdurmalardan sonra İŞİD-nin nəzarətinə keçib. İraq Şam İslam Dövlətinin bölgədə yoxlama təmin etməsi türbədə və sərhəd xəttində Türk Silahlı Qüvvələrini hərəkətə keçirib. Əsgərə " Türbəyə yaxınlaşana vur" əmri verilərkən, türbəyə yaxın ərazilərdə şiddətli qarşıdurmaların yaşandığı qeyd edilib.

Suriyanın "Anhə" agentliyi kürd şəhəri Kobanenin cənubundakı Şirin qəsəbəsində İŞİD-ə qarşı Kürd ordusu YPG, "Əl Ekrad" və Azad Suriya Ordusunun ortaq əməliyyatlar həyata keçirdiyini bildirib. Məlumatlara görə qarşıdurmalar geniş bir ərazidə baş verib. Atışmalarla bağlı "YPG" silahlı qruplaşması tərəfindən şərh verilib: "Əl Qaidəyə bağlı İraq Dəməşq İslam Dövləti silahlı qrupları Şirin qəsəbəsində olan buğda ambarlarına istiqamətli hücum təşkil edib. Ancaq "Əl Ekrat" cəbhəsi Suriya müxalifətinə bağlı "Liva Ehrar" və "YPG" birlikləri ərazini müdafiə edərək hücumlara cavab verib. Bu bölgədə sıx qarşıdurmalar yaşanıb. Yaşanan qarşıdurmalarda İŞİD silahlı qruplarından 35 adam öldürülüb. "Əl Ekrat" cəbhəsi, "YPG" və "Liva Ehrar" birlikləri Kobanenin qapısı sayılan Şirin qəsəbəsini silahlı qruplara qarşı müvəffəqiyyətli bir şəkildə müdafiə edib"./ans/
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber