Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

İlyas İsmayılovun partiyası Oqtay Əsədova qarşı etiraz aksiyaları keçirəcək

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünənki iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılovla spiker Oqtay Əsədov arasında mübahisə yaranıb.

Olaya İ.İsmayılovun partiyadakı müavini Mütəllim Rəhimli də münasibət bildirib. O, virtualaz.org-a açıqlamasında deyib: “Ədalət Partiyasının sədri İlyas İsmayılov çıxışı zamanı faktlara əsaslanaraq Nazirlər Kabinetinin illik fəaliyyətini təhlil etmiş və bununla bağlı təkliflərini vermişdir. Lakin spiker Oqtay Əsədov nədənsə özünü Milli Məclisin sədri kimi deyil, hökumətin nümayəndəsi kimi aparmışdır. Bu isə, yumşaq desək, anlaşılmır. O, icra hakimiyyətinin qanunvericilik hakimiyyəti qarşısında cavabdehlik daşıdığını nümayiş etdirməkdənsə, əks mövqe tutmağa çalışmışdır…”.

M.Rəhimli bildirib ki, ümumiyyətlə spikerin Milli Məclisdəki davranış və hərəkətləri əksər hallarda gərginlik yaradır: “Halbuki cəmiyyətdə yaranmış narazılıqların Milli Məclisdə müzakirə olunaraq azaldılması və aradan qaldırılması tələb olunur”.

Sədrinin çıxışına gəldikdə, müavin deyib ki, İlyas İsmayılovun o cür danışması üçün kifayət qədər arqumentləri olub: “O, iqtisadiyyatda olan problemlərdən başqa məmur özbaşınalığına, bürokratiyaya da toxunmuş, buna aydınlıq gətirilməsini istəmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı İlyas müəllimin üç müraciətinə cavab verməmişdir. Həmçinin Mərkəzi Seçki Komissiyasının sədri, eləcə də Milli Məclisin spikeri Oqtay Əsədov icra hakimiyyətində çalışan 20-dən artıq deputatın mandatından məhrum edilməsi barədə İlyas müəllimin sorğularına biganə yanaşmaqdadırlar.

Başqalarından fərqli olaraq, bizim Oqtay Əsədovun özündən razı, qeyri-qanuni davranışları ilə barışmaq niyyətimiz yoxdur. Ədalət Partiyasının üzvləri bununla bağlı etiraz aksiyalarına başlamaq qərarına gəliblər”. /musavat/
988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı